Cahit Bağçı: “Bu gün bütün cəbhələrdə şəhid düşən azərbaycanlıları, türkləri rəhmətlə yad edirik” - VİDEO

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 15 sentyabr 2021 17:46 (UTC +04:00)

“Bu gün çox mənalı gündür, qardaşlığımız yolunda atılan ən əhəmiyyətli imza, ən əhəmiyyətli zəfər günüdür”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı səfirlikdə keçirilən tədbirdə çıxışında deyib.

Səfir bildirib ki, bu gün Anadolunun hər yerindən Qafqaz İslam Ordusu bayrağı altında toplaşan Anadolu övladlarını yad edir: “Bizə çox əhəmiyyətli miras qoyub gediblər. Ən çətin zamanda da qardaşlarının köməyinə qaçmağı bizə öyrətdilər. Qarabağ işğal olunanda türk hökuməti köməyə gələ bilməməyin təəssüfünü yaşayıb. Turqut Özal o dövrdə sadəcə Naxçıvandan top göndərə biləcəyimizi bildirmişdi. Amma ümumilli lider Heydər Əliyev o vaxtlar o şərtlər altında sovetlərə qarşı müstəqil Azərbaycanın təməllərini atıb. Heydər Əliyevin ən önəmli vəsiyyəti Qarabağın azad olması idi. Bu gün Türkiyənin siyasi və mənəvi dəstəyilə Qarabağ azaddır. Bu gün sadəcə Qarabağda deyil, Suriyada da, Kərkükdə də şəhid qanları var. Bilirəm ki, azərbaycanlı qardaşlarımız hələ də itkin olan Qafqaz İslam Ordusunun məzarlarını qoruyub saxlayıb, onların məzarlarının dağıdılmaması üçün öz qardaşları kimi basdırıblar. Bu gün bütün cəbhələrdə şəhid düşən azərbaycanlıları, türkləri rəhmətlə yad edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR