Çavuşoğlu: “Azərbaycan-Ermənistan münasibətləri ancaq yeni düşüncə və aktiv diplomatiya ilə normallaşa bilər”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 08 oktyabr 2021 12:16 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvov Universitetində ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, müxtəlif problemləri olan bir çox ölkəni – Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Azərbaycan və Ermənistanı bir araya gətirən tək təşkilat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olub.

M. Çavuşoğlu bildirib ki, Sovet İttifaqının dağılmasından dərhal sonra QDİƏT-in yaradılması yeni bir fikir idi.

Nazir qeyd edib ki, QDİƏT bu gün regional əməkdaşlığa töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR