Çavuşoğlu türkmənistanlı həmkarı ilə İƏT-in Zirvə görüşünə hazırlığı müzakirə edib

Mövlud Çavuşoğlu, Rəşid Mərədov

© APA | Mövlud Çavuşoğlu, Rəşid Mərədov

# 23 noyabr 2021 15:27 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun türkmənistanlı həmkarı Rəşid Mərədov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşünə hazırlıqları müzakirə ediblər.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılıb. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olub. Üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR