Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek

© APA | Çexiyanın xarici işlər naziri Yakub Kulhanek

# 29 sentyabr 2021 17:49 (UTC +04:00)

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, Çexiya XİN rəhbərinin səfəri sentyabrın 30-da baş tutacaq.

Səfər çərçivəsində Yakub Kulhanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR