Ceyhun Bayramov ABŞ rəsmisi ilə post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyəti müzakirə edib

Ceyhun Bayramov ABŞ rəsmisi ilə post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyəti müzakirə edib
# 06 noyabr 2021 16:03 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini, xanım Erika Olsonla post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.

Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəf məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR