Ceyhun Bayramov Argentinanın səfirini qəbul edib

Ceyhun Bayramov Argentinanın səfirini qəbul edib
# 23 noyabr 2021 19:29 (UTC +04:00)

23 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən nazir, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Nazir, səfir Serxio Osvaldo Perez Qunellanın Azərbaycan üçün tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə, nəhayət ki, bölgədə davamlı sülh və əməkdaşlığın qurulması üçün fürsətin və yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayıb və bu xüsusda, Azərbaycanın beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılması və revanşizmin qəbuledilməsizliyi ilə bağlı mövqeyini səsləndirib.

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, o cümlədən pandemiyaya rəğmən ticarət əlaqələrində artımın müşahidə edilməsindən məmnunluqla bəhs edib. Fəaliyyəti müddətində iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, habelə insanlar arasında təmasların yaradılmasına xüsusi önəm verdiyini söyləyən səfir, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində səylərin əsirgənilməyəcəyinə inam ifadə edib.

Tərəflər, həmçinin iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR