Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.
Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb
© APA | Ceyhun Bayramov, Tereza Ribeiro
03 dekabr 2021 16:44 (UTC +04:00)
Xarici siyasət
Rusiya İstintaq Komitəsinin sədri Azərbaycanda səfərdə olub, əməkdaşlıq proqramı imzalanıb
17:49
19 mart 2024
Ceyhun Bayramov Çin səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
17:33
19 mart 2024
Kreml NATO Baş katibinin Cənubi Qafqaza səfərinə münasibət bildirib
14:46
19 mart 2024
Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb
13:39
19 mart 2024