Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edir - FOTO

Ceyhun Bayramov, İsveçin xarici işlər naziri, ATƏT sədri Ann Linde

© APA | Ceyhun Bayramov, İsveçin xarici işlər naziri, ATƏT sədri Ann Linde

# 02 dekabr 2021 13:10 (UTC +04:00)

İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilir.

APA-nın xəbərinə görə, ATƏT üzvü olan 57 ölkənin təmsil olunduğu iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

2-3 dekabr tarixlərində keçiriləcək görüş çərçivəsində Qarabağ da daxil olmaqla, ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yollarının müzakirə olunacağı gözlənilir.

ATƏT XİN başçılarının iclası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının keçirilməsi də planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR