Ceyhun Bayramov Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb
# 25 may 2021 23:16 (UTC +04:00)

Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər nazir Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası, Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri barədə məlumat verib.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR