Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə gedib

Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə gedib

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 25 may 2021 09:10 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə  Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR