Ceyhun Bayramov: “Azərbaycanın qazandığı Zəfər regionda əməkdaşlığın genişlənməsi üçün imkanlar açıb”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 14:17 (UTC +04:00)

“Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi Türkiyəyə ötürəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "COVİD-19-dan sonra yeni dünya nizami" panelində Belçikanın keçmiş Baş naziri (2008, 2009-2011) Yves Leterme bildirib.

Yves Leterme Azərbaycanın Türk Şurasındakı fəaliyyəti ilə maraqlanıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gələn həftə keçiriləcək sammitdə Türk Şurasına sədrliyin Türkiyəyə ötürüləcəyini qeyd edib: “Təşkilatda müşahidəçi üzvlərin sayı artıb. Türk Şurasında İnvestisiya Fondunun yaradılması gündəmə gəlib. Bu da biznesə daha çox imkanlar yaradacaq”.

Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında iştirakından danışan XİN başçısı bildirib ki, Azərbaycanın keçən il qazandığı Zəfər regionda əməkdaşlığın genişlənməsi üçün imkanlar açıb: “Sərhədlərin tanınması ilə yeni münasibətlər formalaşacaq. Yaranan imkandan tək Azərbaycan və Ermənistan deyil, bütün region ölkələri bəhrələnəcək. Düşünürük ki, böyük ölkələr bu prosesə dəstək verir və bu, tək Cənubi Qafqazda deyil, ümumən dünyada müsbət bir proses olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR