Ceyhun Bayramov: “COVID-19-a qarşı daha effektiv mübarizə aparmalıyıq”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 13:46 (UTC +04:00)

“Biz COVID-19-a qarşı daha effektiv mübarizə aparmalıyıq. Azərbaycan Prezidenti Türk Şurası və Qoşulmama Hərəkatının sammitlərində bununla bağlı çağırışlar edib”.

APA-nın məlumatına görə, bunu bu gün “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "COVİD-19-dan sonra yeni dünya nizami" panelinin açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, dünya hələ COVID-19-dan sonrakı dövrə keçməyib: “Pandemiyanın təsirləri həyatımızda hələ müəyyən müddət də olacaq. Azərbaycan Prezidenti peyvəndlərə bərabər çıxışın təmin edilməsi və onların bərabər şəkildə paylanılması üçün BMT qarşısında təşəbbüslə çıxış edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR