Ceyhun Bayramov: “Danışıqlar nəticə vermədiyi üçün münaqişəni hərbi yolla həll etdik”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 13:33 (UTC +04:00)

“Azərbaycan müstəqilliyinin ilk illərində işğala məruz qalmışdı”.

APA-nın xəbərinə görə, bunu bu gün VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COVID-19-dan sonra yeni dünya nizami” panelində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan 30 il ərzində sülh danışıqlarına müsbət yanaşıb: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. Ancaq qətnamələr icra olunmadı, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermədi. Bir qətnamə 3 gündə icra olunur, digər qətnamələr illərlə icra olunmur. Biz gördük ki, danışıqlarla heç bir həll yolu tapılmır. Bu, BMT-yə inamı tamamilə itirir. Danışıqlar nəticə vermədiyi üçün münaqişəni hərbi yolla həll etdik”.

XİN rəhbəri qeyd edib ki, yeni dünya nizamı ədalətə söykənməli, ədalətli qərarlar qəbul edilməli və bu qərarların icra mexanizmi olmalıdır: “Biz BMT-nin fəaliyyətinin səmərəli olmasında maraqlıyıq. BMT-nin qərarlarının əksər ölkələr tərəfindən yerinə yetirilməsi mexanizmi olmalı, belə ölkələr qərarların icrasına sövq edilməlidir. Məsələn, vaksinlər təsdiqlənən zaman onların paylanması ilə bağlı da sənəd olmalı idi. Ancaq bəzi ölkələr bu sənədin qəbul edilməsinin qarşısını aldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR