Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 19 oktyabr 2021 13:35 (UTC +04:00)

“Revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib.

“Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik”, - XİN rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçünsə imzalanmış üçtərəfli bəyanatların müddəalarının icra edilməsi tələb olunur. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və yerinə yetirməyə davam edəcək”.

C. Bayramov bildirib ki, Azərbaycan hələ torpaqlarının işğal altında olduğu dövrdə həm regionda, həm də regiondan kənarda bir sıra böyük layihələrin təşəbbüskarı və iştirakçısı olub: “Torpaqlarımızın azad olunması ilə də yeni imkanlar açılıb, Azərbaycan yenə də yeni layihələrə start verir.

Azərbaycan tərəfi Ermənistan tərəfindən olan əməkdaşlıqla bağlı müsbət qərarlara qarşılıqlı cavab verməyə hazırdır. Lakin ölkəmizə qarşı hər hansı təhdidlər olarsa da, Azərbaycan onu cavablandıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR