Ceyhun Bayramov: “İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıtması Azərbaycan üçün əsas prioritetdir"

Ceyhun Bayramov: “İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıtması Azərbaycan üçün əsas prioritetdir"
# 26 iyul 2021 13:52 (UTC +04:00)

"İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıtması və bu torpaqlarda onlar üçün yüksək yaşayış şəraitinin yaradılması Azərbaycan üçün əsas prioritetdir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov serbiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib .

"Biz dost ölkələri də bu istiqamətdə əməkdaşlığa dəvət etmişik. Yeni reallıqlar yarandıqdan sonra normallaşma imkanları meydana çıxıb. Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır, mən bu barədə serbiyalı həmkarımı məlumatlandırdım. Delimitasiya prosesi və sülh müqaviləsinin vacibliyini vurğuladım və Azərbaycanın bu istiqamətdə işləməyə hazır olduğunu bildirdim. Ancaq biz bu addımların Ermənistan tərəfindən qarşılığını görmürük. Bu yanaşma bölgədə dayanıqlı sülhə, tərəqiyyə zərbə vurur və həm də Ermənistanın özü üçün zərərlidir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR