Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsinin məzarını ziyarət edib - FOTO

Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsinin məzarını ziyarət edib - FOTO
# 13 noyabr 2021 19:50 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəhbəri “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”, - C. Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR