Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Ben Knapen ilə görüşüb.
APA Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib; üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamanın əhəmiyyətini vurğulayıb.
Nazir, Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.
Nazir beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.
Ceyhun Bayramov Niderlandın XİN başçısına bölgədəki vəziyyət barədə məlumat verib
03 dekabr 2021 09:55 (UTC +04:00)
Xarici siyasət
Brayza: Seçkidə Bayden qalib gələrsə, xarici siyasətdə eyni xətti görəcəyik
19:19
23 aprel 2024
Metyu Brayza: Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir
19:05
23 aprel 2024
XİN rəhbəri: Ermənistanın 4 Azərbaycan kəndini qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir
18:34
23 aprel 2024
Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədri ilə görüşüb
18:31
23 aprel 2024