Ceyhun Bayramov qırğız həmkarını regionda yaranmış yeni vəziyyətlə bağlı məlumatlandırıb

Ceyhun Bayramov qırğız həmkarını regionda yaranmış yeni vəziyyətlə bağlı məlumatlandırıb

© APA | Ceyhun Bayramov

# 02 iyul 2021 11:41 (UTC +04:00)

“Bu gün qırğız həmkarıma Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət və çağırışlarla bağlı məlumat verdim”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı qeyd edib ki, 30 illik işğala son qoyulduqdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləndən sonra qarşıda duran əsas vəzifə yenidənqurma işlərinin həyata keçirilməsi, yüz minlərlə azərbaycanlının həmin bölgələrə qayıtması və onlar üçün layiqli həyat şəraitinin yaradılmasıdır: “Bu sahədə əməkdaşlıq məsələsi müzakirə olundu. Qarşımızda duran əsas təhlükə və çağırışlar barədə də fikirlərimizi bölüşdüm. Əsas təhlükə mina məsələsi ilə bağlıdır. Bu ərazilər uzun illər minalanıb. Son 7 ayda 28 vətəndaşımız həlak olub, 100-dən artıq vətəndaşımız yaralanıb. Ermənistan mina xəritələrini verməkdən imtina edirdi. Beynəlxalq vasitəçilərin iştirakı ilə yalnız Ağdam rayonu üzrə mina xəritələri təqdim edilib. Təkcə bu rayonda 97 min mina var. Bu, mina probleminin nə dərəcədə ciddi olduğunu göstərir. Mən bu problemlə əlaqədar də həmkarıma məlumat verdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR