Ceyhun Bayramov: “Türkiyə-Rusiya Monitorinq Mərkəzi sülhün təminatı üçün çox faydalıdır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 22 iyun 2021 18:35 (UTC +04:00)

“İşğaldan azad olunmuş Ağdamda Qarabağla bağlı üçtərəfli bəyanata uyğun olaraq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Bu gün Rusiya və Türkiyə hərbçiləri regionda monitorinq aparır. Biz inanırıq ki, Birgə Mərkəz sülhün təminatı üçün çox faydalıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində deyib.

Nazir işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycanın planlarından da danışıb: “Təbii ki, bizim prioritetimiz regionda sülhü və sabitliyi təmin etmək, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması üçün reabilitasiya və yenidənqurma işlərinin aparılmasıdır. Məcburi köçkünlərin geri dönməsi bizim üçün əsas məqsəddir. Biz artıq azad edilmiş ərazilərdə fəaliyyətə başlamışıq. Türkiyə də bu prosesdə iştirak edir. Bildiyiniz kimi, indi əsas işimiz minalardan təmizlənmənin sürətli şəkildə həyata keçirilməsidir. Bu torpaqların çox hissəsi mina çirklənməsinə məruz qalıb. Çox təəssüf ki, Ermənistan uzun müddət mina xəritələrini verməkdən imtina edirdi. Yalnız bir neçə gün öncə ABŞ-ın vasitəçiliyi, Gürcüstan və digər beynəlxalq aktorların iştirakı ilə Ermənistan Ağdam rayonu üzrə mina xəritələrini təqdim etdi. Onların öz məlumatına görə, təkcə Ağdam rayonunda piyada və tank əleyhinə 97 mina basdırılıb. Nəzərinizə çatdırım ki, 10 noyabr 2020-ci il tarixli bəyanatından sonra mina partlayışı nəticəsində 28 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Biz bu məsələ ilə bağlı bir neçə ölkə və təşkilatla birgə işləyirik. Minatəmizləmə ilə bağlı dəstək ilk Türkiyədən gəldi. Türkiyə Azərbaycanı istehkamçılar, minatəmizləmə avadanlıqları və texnikası ilə təchiz edib. Bu davam edən prosesdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR