Ceyhun Bayramov Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib - FOTO

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 30 avqust 2021 10:30 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni 30 Avqust – Zəfər bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, C. Bayramov bu barədə “Twitter”də paylaşım edib.

“Qızıl hərflərlə türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı – 30 Avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik. 30 Avqust - Zəfər Bayramın Kutlu Olsun, Türkiyə! Bir Millət, İki Dövlət”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR