Ceyms Şarp: "Britaniya iqlim dəyişikliyi ilə mübarizədə iddialıdır və bu istiqamətdə strategiya qəbul edib"

Ceyms Şarp: "Britaniya iqlim dəyişikliyi ilə mübarizədə iddialıdır və bu istiqamətdə strategiya qəbul edib"
# 25 oktyabr 2021 20:35 (UTC +04:00)

"İqlim dəyişikliyi bütün ölkələrə müxtəlif formalarda təsir edir"

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin BMT İqlim Dəyişikliyi ilə mübarizəyə həsr olunmuş (COP26) konfransı ilə bağlı təşkil olunan tədbirdəki çıxışında deyib.

Diplomat bildirib ki, Qlazqoda keçiriləcək konfrans Paris Razılaşmasında əks olunan hədəfləri gözdən keçirmək və yeniləmək üçün önəmlidir.

Ceyms Şarp bildirib ki, Britaniya iqlim dəyişikliyi ilə mübarizədə iddialıdır və bu istiqamətdə həm qısa, həm də uzunmüddətli strategiya qəbul edib.

Britaniyalı diplomat əlavə edib ki, Hindistan, Rusiya, Çin qaz emissiyalarının həcminə görə irəlidədir. "İnanırıq ki, bu ölkələr də bu istiqamətdə iddialı plan təqdim edəcəklər", deyə səfir əlavə edib.

Səfir Şarp deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə həm hökumət səviyyəsində, həm də individual səviyyədə alınan qərarlar rol oynayır və hər kəsin bu məsələdə məsuliyyəti var.

Tədbirdə söz alan İtaliya səfiri əlavə edib ki, onun ölkəsi ətraf mühitin müdafiəsi üçün təşəbbüslərlə çıxış edir.

"Biz birlikdə bu sahədə uğur qazanacağıq", deyə o bildirib.

"Həm Azərbaycan gəncliyi, həm dünya gəncləri iqlim dəyişikliyi ilə mübarizədə innovativ ideyaları ilə bəşəriyyətə bu mübarizədə yardım edirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR