Corc Dik: “İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”

Corc Dik: “İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”
# 02 dekabr 2021 16:44 (UTC +04:00)

“Azərbaycan-İsrail münasibətlərinin ən yüksək nöqtəsi bu ili iyulunda olub. İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı. İsraildə Azərbaycan bayrağı dalğalanmağa başladı. İnanırıq ki, Azərbaycanın İsraildəki Ticarət və Turizm nümayəndəlikləri səfirliyin açılmasına gətirib çıxaracaq. Azərbaycan hökumətinə bu münasibətlərin dərinləşməsindəki töhfələrinə görə təşəkkür edirik”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə keçirilən mətbuat konfransında deyib.

“İsrail Azərbaycan münasibətləri 44 günlük müharibə zamanı da sınaqdan uğurla keçib. Mən Azərbaycanı öz ərazi bütövlüyünü bərpası münasibətilə təbrik edirəm. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hər zaman dəstəkləyib. Ötən il müharibədən sonra göz həkimlərindən ibarət heyət Azərbaycana gələrək müharibədə iştirak nəticəsində görmələrində problem yaranmış şəxsləri müalicə edib”,- deyə səfir söyləyib.

Corc Dik 5 sahədə Azərbaycanla İsrailin prioritetlər müəyyənləşdirdiyini açıqlayıb.

“Əməkdaşlığımız müxtəlif sahələri əhatə edir xüsusilə də səhiyyə sahəsində yaxşı əməkdaşlığımız var. İsraildən tibbi humanitar avadanlıqlar Azərbaycanın bölgələrindəki xəstəxanalara göndərilib. Müxtəlif sahələrdə əməkdaşlıq üçün prioritetlərimiz var. Statetji münasibətləri inkişaf etdirəcəyik. Rəsmi səfərlərinin təşkilinə çalışacağıq. Keçən ay İnam Kərimov İsrailə səfər etdi, onunla iş adamları da ölkəmizə səfər etdi. Belə səfərləri çox görmək istərik. Biz beş sahədə - su idarəetməsi, kənd təsərrüffatı, səhiyyə, ağıllı şəhərlər, təhlükəsizlik və son zamanlar yaşıl enerji sahəsində prioritetlər müəyyənləşdirmişik. Bu əməkdaşlığın həm akademik, həm hökumət, həm də biznes sahəsində görmək istəyirik. Yaşıl enerji sahəsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni sahədir. Ötən ay Qlazqoda samitində də gördük ki, ölkələr yaşıl enerji sahəsinə maraq göstərir. Azərbaycan hökuməti də bu istiqamətdə ciddi addımlar atır. İsrail günəşli ölkədir, bu sahədə böyük addımlar atmışıq həmçinin külək enerjisi sahəsində. Biz bu sahə ilə bağlı Azərbaycanla işləyirik, Energetik Nazirliyi ilə işləyirik. Bu cür layihələrin tenderləri həm Bakı, həm də Qarabağ üçün elan olunacaq. Biz istəyirik Azərbaycan bizi tərəfdaş kimi görsün”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR