Corc Dik: "İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyinin açılması ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq"

İsrail səfiri Corc Dik

© APA | İsrail səfiri Corc Dik

# 29 iyul 2021 12:07 (UTC +04:00)

"İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyinin açılması ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq".

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də yayımlanan videomüraciətində bildirib.

"Bu gün tarixi bir gündür. Ölkələrimiz arasında əlaqələr qurulandan Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyini açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlar yaradacaq. İnanıram ki, bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır", -deyə diplomat vurğulayıb.

İsrail səfiri qeyd edib ki, Azərbaycan və İsrail arasında mövcud olan diplomatik münasibətlərin və dostluğun gələn il 30 illiyi qeyd olunacaq. "İnşallah, bunu biz hamımız birlikdə İsraildə və Azərbaycanda qeyd edəcəyik", - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR