Corc Dik: “İsraillə Azərbaycan arasında strateji əlaqələr daha da inkişaf edəcək”

Corc Dik

© APA | Corc Dik

# 02 dekabr 2021 17:01 (UTC +04:00)

İsrail şirkətləri azad olunmuş ərazilərin bərpası prosesində iştirakını nəzərdən keçirir.

APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Onun sözlərinə görə, Azərbaycanın azad etdiyi ərazilərdə böyük potensial var: “Biz istərdik ki, Azərbaycanla bu torpaqlarda əməkdaşlıq quraq”.

Diplomat qeyd edib ki, İsraillə Azərbaycan arasında strateji əlaqələr var və bu əlaqələr daha da inkişaf edəcək: “Bakı küçələrində, eyvanlarda İsrail bayraqlarını görürəm. Bu göstərir ki, əlaqələr yalnız hökumətlər səviyyəsində yox, xalqlar arasındadır. Bu, çox vacib məqamdır”.

C. Dik humanitar sahədə əməkdaşlığın davam edəcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR