Deputat: “Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilməyib”

Azay Quliyev, Milli Məclisin deputatı

© APA | Azay Quliyev, Milli Məclisin deputatı

# 11 oktyabr 2021 11:31 (UTC +04:00)

“Təəssüflər olsun ki, Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilməyib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, Gəncənin bu gün ballistik raketlərdən, qadağan olunmuş raketlərdən atəşə tutulmasından 1 il ötür: “Ermənistanın bu əməllərinə cavab alması üçün biz işi davam etdirməliyik. Eyni zamanda parlament də Ermənistanın bu əməllərinin dünyaya çatdırılması üçün fəaliyyət göstərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR