Deputat: "İƏT ölkələri azad edilmiş ərazilərinin yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır”

Vüqar İskəndərov

© APA | Vüqar İskəndərov

# 29 noyabr 2021 13:42 (UTC +04:00)

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin bəhrəsini biz beynəlxalq qurumlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) daxili əməkdaşlıqda da görürük. Buna bir misal olaraq İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifinin dəstəklənməsini göstərə bilərik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən İƏT-in fəal üzvüdür: “Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, ölkəmizdə İƏT daxilində böyük hörmətin və dəyərin verildiyini biz təşkilatın Aşqabadda keçirilən 15-ci Zirvə Toplantısında da bir daha müşahidə etdik: “Bildiyimiz kimi Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusilə qeyd etməliyik ki, təbrik edən ölkələrin 3-ü KTMT üzvüdür. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır”.

Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir: “Bütün bunlar İƏT tərəfindən ölkəmizə, Azərbaycanın haqq işinə verilən dəstəyin nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR