Deyvid Merkel: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilmədilər"

Deyvid Merkel

© APA | Deyvid Merkel

# 06 noyabr 2021 11:12 (UTC +04:00)

Azərbaycan mürəkkəb, çətin bir regionda yerləşir, qonşuları fərqlidir.

Bunu APA-ya açıqlamasında ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Deyvid Merkel deyib.

Ölkə İranın, Rusiyanın çətinliklərini, Türkiyənin, Avropanın və hətta ABŞ-ın tələb və təkliflərini nəzərə almalıdır: "Deyərdim ki, Prezident İlham Əliyev bu əlaqələri kifayət qədər uğurla idarə edir. O, öz siyasətində məqsədli və qətiyyətlidir. Regionda, ölkənizdə stabillik mövcuddur, hansı ki, biz bunu Yaxın Şərqdə görmürük. Bu, uğurdur və düşünürəm, burada Prezident Əliyevin rəhbərliyi, yürütdüyü xarici siyasət rol oynayır".

D. Merkel onu da bildirib ki, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ hər zaman toqquşub. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil olan ölkələr bu problemlə üzləşiblər.

"Bu problemi biz Ukraynada, Gürcüstanda, Azərbaycanda gördük. BMT-nin mövqeyi bu məsələdə aydındır, lakin ATƏT-in Minsk qrupu həmsədrləri bu məsələdə uğursuz oldular, onlar münaqişənin həllinə töhfə verə bilmədilər. Prezidentlər idarə etdikləri ölkələrin vətəndaşlarının, öz xalqlarının istəklərinə qarşı məsuliyyətli davranıb, cavab verməlidirlər. 30 ildə bu münaqişənin həllində heç bir müsbət irəliləyiş olmadığını görən Prezident Əliyev addım atmaq qərarına gəldi və bu addım kifayət qədər qətiyyətli idi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR