Deyvid Merkel: "Ölkələrin ərazi bütövlüyünə hörmət məsələsində ikili yanaşma nümayiş etdirməməliyik"

Deyvid Merkel

© APA | Deyvid Merkel

# 06 noyabr 2021 10:02 (UTC +04:00)

"Biz ölkələrin ərazi bütövlüyünə hörmət məsələsində ikili yanaşma nümayiş etdirməməliyik".

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Deyvid Merkel VIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panelində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 30 ildə çox şey dəyişib və xüsusilə də ölkə ərazi bütövlüyünü bərpa edib.

Azərbaycan hər zaman Avropa və ABŞ siyasətində bu ölkələrə yardım məqsədli olub, səmərəli addımlar atıb Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verib və verir, bu ölkə beynəlxalq terrorizmi mübarizədə bizə dəstək verib", - o vurğulayıb.

Deyvid Merkel Azərbaycanın mürəkkəb regionda yerləşdiyini ancaq buna baxmayaraq istər qonşu ölkələrlə istərsə də regiondan kənarda xarici münasibətləri bacarıqla idarə etdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, Cənubi Qafqaz regionu, Azərbaycan böyük geosiyasi əhəmiyyət kəsb edir.

Münaqişənin həlli istiqamətində ATƏT-in fəaliyyətinə toxunan Dövlət Departamentinin sabiq əməkdaşı bu təşkilatın yalnız Qarabağ münaqişəsinin həllində deyil, həmçinin Abxaziya və Osetiyada sülhün saxlanılması, Dnestiryanı məsələnin həllində uğursuzluğa düçar olduğunu vurğulayıb. "

Bu təşkilat artıq yarananda qarşısına qoyduğu məqsədlərlə ayaqlaşa bilmir."

O deyib ki, hazırkı dövrdə oxşar yanaşmaya, məqsədlərə malik ölkələr daha çox koalisiya qurmağa, bir platformada birləşməyə yönəliblər.

ABŞ-ın strategiyası barədə danışan Deyvid Merkel əlavə edib ki, onun ölkəsi münaqişələrin idarə olunmasında uğurlu olsa da strategiyada həmişə yaxşı olmayıb. "Biz Cənubi Qafqazla bağlı bölücü xəttə malik olmamalıyıq. Qarabağ məsələsini açıq saxlayıb, Azərbaycanın ərazi bütövlüyünə hörmətə tərəddüd edib, Ukrayna və Gürcüstanın ərazi bütövlüyündə onların yanında olduğunu ifadə etməməliyik. Bütün ölkələrin ərazi bütövlüyündə vahid yanaşma vacibdir", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR