Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub - FOTO - VİDEO - YENİLƏNİB

Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 09 iyul 2021 11:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

11:13

Diplomatik korpusun nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında olub.

APA-nın xəbərinə görə, AZAL-ın əməkdaşı Valeh Əmiraslanov hava limanının tikintisi ilə bağlı diplomatları məlumatlandırıb.

O deyib ki, yanvarın 14-də hava limanının tikintisi istiqamətində iş başlayıb.

Bildirilib ki, minadan təmizlənmiş ərazidə uzunluğu 3 km, eni 60 metr olan uçuş zolağı, 8 dayanacağı olan perron yaradılıb. Hava limanının ərazisi 250 hektardır.

O qeyd edib ki, ərazidə stabil elektrik enerjisi var. V. Əmiraslanov aerovağzal binasının tikintisinin tamamlandığını və dam örtüyünün qoyulması ilə bağlı işin getdiyini vurğulayıb. AZAL-ın əməkdaşı bildirib ki, hava limanını içməli su ilə təmin etmək üçün 150 metr dərinliyində 2 artezian quyusu qazılıb, 500 kub metr ehtiyatı yaradılıb. AZAL-ın əməkdaşı onu da deyib ki, hava limanına ilk təyyarələrin qəbuluna sentyabrın 5-də başlanacaq və uçuş kütləsi 490 tona qədər olan nəqliyyat vasitələri qəbul olunacaq.

V. Əmiraslaniv bildirib ki, İtaliya və Türkiyə şirkətləri tikinti prosesində iştirak edir. O, uçuşun idarə olunması üçün qüllənin tikildiyini və ona lazım olacaq Avropa və ABŞ istehsalı avadanlıqların iyulun 15-də hava limanına gətiriləcəyini əlavə edib.

Sonda AZAL əməkdaşı diplomatların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR