Diplomatik korpusun nümayəndələri Şuşada tarixi-dini abidələri ziyarət edib - FOTO

Diplomatik korpusun nümayəndələri Şuşada tarixi abidələri ziyarət edib

© APA | Diplomatik korpusun nümayəndələri Şuşada tarixi abidələri ziyarət edib

# 09 oktyabr 2021 18:58 (UTC +04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər Şuşada tarixi-dini abidələri ziyarət ediblər.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Xan qızı Natəvanın evində, Bülbülün ev-muzeyində və Şuşanın mərkəzi meydanında olublar, Üzeyir Hacıbəylinin heykəlini ziyarət ediblər.

Onlar Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinə, eyni zamanda, Qazançı kilsəsinə də baş çəkiblər.

Qeyd edək ki, diplomatik korpusun mətbuat attaşeləri və əcnəbi jurnalistlər ötən gün Şuşaya səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR