Əfqanıstan səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Əfqanıstan səfirliyi Azərbaycan xalqına başsağlığı verib
# 01 dekabr 2021 13:05 (UTC +04:00)

Əfqanıstan səfirliyi hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Bu barədə APA-ya Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Əfqanıstan Səfirliyi Əfqanıstan xalqı adından Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığını ifadə edir, yaralıların tezliklə sağalmalarını arzulayır. Bu çətin anlarda dost və qardaş Azərbaycan xalqının yanında olduğumuzu bildiririk", səfirlik bildirib.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR