Əkmələddin İhsanoğlu: “Şuşaya səfər bizim üçün böyük xoşbəxtlikdir”

Əkmələddin İhsanoğlu: “Şuşaya səfər bizim üçün böyük xoşbəxtlikdir”
# 07 noyabr 2021 17:36 (UTC +04:00)

“Şuşaya səfər bizim üçün böyük xoşbəxtlikdir”.
Bunu APA-ya açıqlamasında Şuşada səfərdə olan İslam Konfransı Təşkilatının (İKT) sabiq baş katibi Əkmələddin İhsanoğlu bildirib.
Ə. İhsanoğlu deyib ki, biz səhər təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına, oradan isə avtomobil yolu ilə Şuşaya gəldik: “İl təəssüratlarımız təəccüblü idi. Qısa müddətdə belə bir hava limanını inşa etmək, dağlıq ərazidən belə bir yol çəkmək çox mükəmməl bir işdir”.
Ə. İhsanoğlu bu gün Şuşada VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel keçirildiyini söyləyib: “Bizim üçün xoş sürpriz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya gəlməsidir. Biz onlarla bərabər Şuşanı gəzdik. 30 il işğal dövründə mədəni irsə qarşı bir düşmənçiliyin olduğunu gördük. İndi isə mədəni irsin necə bərpa edildiyinin şahidiyik”.
O, Azərbaycana ilk dəfə hələ 1984-cü ildə, hələ sovetlər dövründə səfər etdiyini xatırladıb: “Sonralar da bir neçə dəfə səfər etmişik. Rəhmətlik Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşlərimiz, əməkdaşlığımız olub. Mən həqiqətən Şuşada olmaqdan çox xoşbəxtəm ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR