Əli Əsədov Fuat Oktaya “Kanal İstanbul”la bağlı təbrik məktubu ünvanlayıb

Əli Əsədov və Fuat Oktay

© APA | Əli Əsədov və Fuat Oktay

# 28 iyun 2021 10:59 (UTC +04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR