Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edib - FOTO

Baş nazir Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edərkən

© APA | Baş nazir Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edərkən

# 20 may 2021 11:10 (UTC +04:00)

Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Moskvada, Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.

Qeyd edək ki, bu gün Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR