Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təbrik məktubu ünvanlayıb

Baş nazir Əli Əsədov

© APA | Baş nazir Əli Əsədov

# 28 oktyabr 2021 18:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR