Əmr Musa: “Cənubi Qafqazda sülhün bərqərar olacağına inanırıq”

Əmr Musa

© APA | Əmr Musa

# 04 noyabr 2021 12:56 (UTC +04:00)

“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevin sülhlə bağlı fikirlərini dinlədik”.

APA-nın xəbərinə görə, bunu VIII Qlobal Bakı Forumunda iştirak edən Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa jurnalistlərə açıqlamasında deyib.

O, Cənubi Qafqaz regionunda sülhün bərqərar olacağına inandıqlarını qeyd edib.

“Biz bu regiondakı dəyişiklikləri də yaxından izləyirik. Ümid edirik ki, sülh region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq”, - Əmr Musa vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR