Ərdoğan: “Avropada enerji böhranı fonunda Azərbaycandan əlavə qaz alınmasına dair müqavilə imzalanıb”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 15 oktyabr 2021 16:03 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alınmasına dair imzalanan müqaviləyə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Avropadakı enerji böhranı fonunda Türkiyə ilə Azərbaycan arasında müqavilə imzalanıb.

“Biz ciddi mənada tədbirlərimizi görmüşük. İstər Rusiya, istərsə də Azərbaycanla bu istiqamətdə bağlanan müqavilələr Türkiyə üçün problemsiz baş tutur”, - Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR