Ərdoğan Azərbaycanın Türkiyədəki yeni səfirinin etimadnaməsini qəbul edib

Rəşad Məmmədov, Rəcəb Tayyib Ərdoğan

© APA | Rəşad Məmmədov, Rəcəb Tayyib Ərdoğan

# 14 oktyabr 2021 18:12 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Türkiyədə səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR