Ərdoğan: “Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan dahilərin məkanı olan Şuşa ayağa qalxır” - VİDEO

Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı

© APA | Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı

# 16 iyun 2021 15:59 (UTC +04:00)

“Dünən Şuşadaydıq. Şuşa ədəbiyyatın, sənətin, mədəniyyətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Şuşa Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi vəsfini qoruyub: “Şuşa dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın, Rəşid Behbudovun və daha neçə sənətkarların, şairlərin yurdudur. Əhməd Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyədə də məşhur olan aydınların məkanı olan Şuşa yenidən ayağa qalxır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya bununla bağlı verilən mesajdır. Vaqif şeir festivalının da keçirilməsi üçün hazırlıqlar getməkdədir. Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq. Türk dünyasının dörd bir yanından gələcək mədəniyyət və sənət xadimləri bu gözəl şəhərdə görüşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR