Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 30 sentyabr 2021 11:04 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Türkiyə Prezidentinin sözçüsü qeyd edib ki, bu gün Füzulidə, Şuşada və digər azad edilmiş ərazilərdə nəhəng işlər görülüb.

İ. Kalın vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun komandası işğaldan azad edilmiş Qarabağın yenidən qurulması istiqamətində var qüvvəsi ilə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR