Ərdoğan: “Gürcüstan Baş nazirinə bildirdim ki, “altılıq” platforması sizin də Rusiya ilə problemlərinizin həllinə yardımçı olacaq” - VİDEO - YENİLƏNİB

Ərdoğan: “Gürcüstan Baş nazirinə bildirdim ki, “altılıq” platforması sizin də Rusiya ilə problemlərinizin həllinə yardımçı olacaq” - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı

# 16 iyun 2021 16:31 (UTC +04:00)

“Qardaşımla (Prezident İlham Əliyev nəzərdə tutulur – red.) təklifimizi etmişik. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasını istəyirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, belə bir platformasının yaradılmasında məqsəd bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır: “Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü Baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin, bu addımı ataq. Dedim ki, bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Eyni şəkildə sizin də Rusiya ilə problemlərinizi həll etməyiniz üçün bu platforma yardımçı olacaq. Dedi, çalışaq, yaxşı olar, dedim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR