Ərdoğan TBMM-də “15 iyul abidəsi”nin açılışında iştirak edib

Ərdoğan TBMM-də “15 iyul abidəsi”nin açılışında iştirak edib
# 15 iyul 2021 14:21 (UTC +04:00)

Biz şanlı tarixi, mədəniyyəti və dəyərləri ilə böyük millətik. 15 iyul gecəsi şəhid olan vətəndaşlarımızı dərin hörmətlə anıram, ölkəmizin müstəqilliyini təhlükədə qoyan xainlərə qarşı o gecə əliyalın fədakarlıq edən insanlarımıza şəxsim və millətim adından təşəkkürlərimi bildirirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı bombalanan Türkiyə Böyük Millət Məclisində keçən il inşa edilən “15 iyul abidəsi”nin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, 15 iyul gecəsi xalq küçələrdə istiqlal uğrunda mübarizə apararkən millət vəkilləri də həyatlarını təhlükəyə ataraq parlamentin müdafiəsinə qalxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR