Ərdoğan: “Zəngəzur dəhlizi bütün region üçün əhəmiyyətli fürsət olacaq”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 30 sentyabr 2021 14:18 (UTC +04:00)

“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

Ərdoğan bildirib ki, Zəngəzur dəhlizində həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari və iqtisadi imkanlar yaradacaq.

“Azərbaycan bu dəhliz üçün geniş həcmli işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR