"FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddəti uzadılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 21 oktyabr 2021 17:53 (UTC +04:00)


Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddəti uzadılacaq.
APA-nın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Sənədə əsasən, 2015-ci il mayın 25-də imzalanmış Sazişin qüvvədəolma müddəti tərəflərin Saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 31 dekabr 2021-ci il tarixinədək uzadılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR