Fərid Şəfiyev: “Ermənistan azərbaycanlıların mədəni irsini mənimsəməklə məşğul olub”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 02 dekabr 2021 18:38 (UTC +04:00)

“Mədəniyyət Nazirliyi ilə birlikdə Ermənistanın azərbaycanlılara məxsus mədəni irsi mənimsəməsinə dair hesabat hazırlamışıq”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, Ermənistan İrəvandakı Azərbaycan məscidini İran məscidi kimi qələmə verir: “Şuşada da bir məscidi İran məscidi kimi təqdim edirdilər. Azərbaycan irsini, Türkiyə irsini dəyişdirməklə məşğul olublar. Müharibədən əvvəl də Azərbaycan xalçaları Ermənistana aparılırdı”.

F. Şəfiyev qeyd edib ki, 26 il ərzində Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri ilə həllini tapmadı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR