FHN-in növbəti yanğınsöndürən qrupu meşə yanğınları ilə mübarizə üçün artıq Türkiyədədir - FOTO - VİDEO

FHN-in növbəti yanğınsöndürən qrupu meşə yanğınları ilə mübarizə üçün artıq Türkiyədədir - FOTO  - VİDEO
# 02 avqust 2021 02:50 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil olan ikinci yardım qrupu bu gündən yanğın baş verən ərazilərdə xidmətə başlayacaqlar.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yollanıb və hazırda yanğın baş verən ərazilərdə xidmətlərini davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR