Fransa Milli Assambleyasının üzvləri azad olunmuş ərazilərə və Gəncəyə səfər edəcək

Fransa Milli Assambleyasının üzvləri azad olunmuş ərazilərə və Gəncəyə səfər edəcək
# 22 iyul 2021 17:42 (UTC +04:00)

İyulun 21-dən Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA-nın xəbərinə görə, qonaqlar Heydər Əliyev Mərkəzində olublar.

Nümayəndə heyətinə Milli Assambleyada Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Dostluq qrupunun katibi Jan-Lük Reitser, deputatlar Sandrin Morş, Karol Buro Bonnar və Frederik Dumas daxildir.

Səfər çərçivəsində fransız deputatlar bir sıra rəsmi görüşlər keçirəcək. Eyni zamanda, deputatların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri də nəzərdə tutulub. Səfərin əsas məqsədi fransız deputatların Vətən müharibəsindən sonra regionda yaranmış yeni situasiya haqqında daha ətraflı məlumat almasına imkan yaratmaqdır. Onlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində real vəziyyəti öz gözləri ilə görəcəklər. Fransız parlamentarilər Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə raket və artilleriya zərbələri nəticəsində baş vermiş dağıntılarla da tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR