Fransa səfiri Azərbaycan xalqını təbrik edib

Zakari Qross

© APA | Zakari Qross

# 18 oktyabr 2021 12:28 (UTC +04:00)

“18 oktyabr 1991-ci ildən bəri Azərbaycan üçün uzun bir yol olub!”

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciətində deyib.

“Azərbaycanın müstəqilliyinin bərpasından otuz il keçir! 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol olub! Azərbaycan öz suverenliyini qoruyub saxlayıb, öz təhlükəsizliyini, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin edib, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirib, beynəlxalq əməkdaşlıq qurub, universitet standartlarını yüksəldib və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başlayıb. İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs razılaşması əldə edilib və bu da gələcəyi hazırlamağa imkan verməlidir. Bu gün, müstəqilliyin 30 illiyi münasibətilə Azərbaycana Fransanın dostluq mesajını çatdırıram və Azərbaycanın azadlıqları inkişaf etdirməsini, Avropa ilə tərəfdaşlığını gücləndirməsini, iqlim və rəqəmsal transformasiyaya uyğunlaşmanı sürətləndirməyi, Ermənistanla davamlı sülhü və açıq, dinamik, əhatəli Cənubi Qafqazda çiçəklənməsini arzulayıram”, - səfir təbrik müraciətində deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR