Fransa səfiri media mənsublarının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

Zakari Qross

© APA | Zakari Qross

# 04 iyun 2021 15:08 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə fransalı diplomat "Twitter"də bildirib.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşərək həlak olduğunu eşitdim və çox kədərləndim. Onların yaxınlarına başsağlığı verirəm”, - deyə Z. Qross qeyd edib.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR