Fransalı jurnalist: “Ermənilərin Gəncədə törətdiklərinə söz tapa bilmirəm”

Fransalı jurnalist-islamşünas Karim Ahmed İfrak

© APA | Fransalı jurnalist-islamşünas Karim Ahmed İfrak

# 20 may 2021 13:01 (UTC +04:00)

“Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlar var idi, bu barədə görürdük, eşidirdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan fransalı jurnalist-islamşünas Karim Ahmed İfrak deyib.

O bildirib ki, fotolardan Gəncədə mülki əhalinin, o cümlədən qadınların, uşaqların öldüyünün şahidi olub: “Təbii ki, mülkiyə əhaliyə qarşı gördüyümüz terror aktı bizi şoka saldı. Mən həqiqətən bunu ifadə etməyə söz tapa bilmirəm. Əlbəttə, çox şokedici bir haldır. Özünü təhlükəsizlikdə hiss edən ailə gecənin bir aləmi, yatdığı yerdə bomba yağışına tutulub. Ermənilər mülki əhalini, uşaqları öldürüb”.

Fransalı jurnalist qeyd edib ki, ölkəsi istər ATƏT-in Minsk Qrupunda, istərsə də diplomatik baxımdan öz bitərəfliliyini saxlamalıdır: “Fransanın bugünkü mövqeyi bütün Fransanın mövqeyi deyil. Burada yaşayan fransızlarla görüşdük, onlar da Fransanın mövqeyinə təəccübləndiklərini bildirdilər. Bütün bunlara rəğmən, onların azərbaycanlı dostları ilə əlaqələri möhkəmdir və Azərbaycanı dəstəkləyirlər. Mən burda olmağımdan şərəf duyuram. Azərbaycanlıların bizi necə qonaqpərvərliklə qarşıladıqlarını gördüm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR